DİN-dən erməni təxribatı ilə bağlı vətəndaşlara müraciət
20:52 07 Noyabr 2020
Bu gün sosial şəbəkələrdəki bəzi səhifələrdə Daxili İşlər Nazirliyinin (DİN) məlumat bazasındakı informasiyaların guya düşmən tərəfindən oğurlanması barədə məlumat paylaşılıb.
DİN-in Mətbuat Xidmətindən Femida.az-a bildirilib ki, bu barədə xəbər həqiqəti əks etdirmir.
"Bununla əlaqədar internet istifadəçilərinin nəzərinə çatdırırıq ki, bu, ermənilərin növbəti təxribat xarakterli iddialarıdır. DİN-in məlumat bazasına heç bir kiber hücum olmayıb.
Bir daha vətəndaşlarımızı müharibədə məğlub olan düşmən təxribatına uymamağa çağırır, qeyri rəsmi qrup, səhifə, kanallardan qətiyyən heç bir linkə daxil olmamağı, faylları açmamağı və şəxsi məlumatları saxta mənbələrə daxil etməməyi məsləhət görürük.
O ki, qaldı sözügedən siyahıya, həmin siyahı ölkəmizdə bir müddət əvvəl keçirilən seçkilər zamanı şəffaflığın təmin olunması məqsədilə seçici məlumatlarının internet resurslarında yerləşdirilmiş informasiyalarıdır".
Femida.az
Oxunub: 582
Oxşar xəbərlər
- DİN-dən vətəndaşlara maska XƏBƏRDARLIĞI
- DİN-dən bu sürücülərə XƏBƏRDARLIQ: 50 manat cərimələnəcəklər
- DİN-dən qazilərin aksiyası ilə bağlı açıqlama
- DİN-dən xüsusi əməliyyat: Silahlı şəxslər tutuldu
- DİN-dən xaricdən gələn zənglərlə bağlı xəbərdarlıq
- DİN-dən polisin fəaliyyətinə müdaxilə edənlərə XƏBƏRDARLIQ
- DİN-dən əməliyyat keçirdi: 20 narkotacir tutuldu
- DİN-dən toylarla bağlı xəbərdarlıq
- DİN-dən vətəndaşın polisdə döyülməsi ilə bağlı AÇIQLAMA
- DİN-dən sosial şəbəkədə yayılan video ilə bağlı AÇIQLAMA