Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru yenə dəyişib


18:04     08 Noyabr 2020 20_11_08_1604844325.jpg

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru yenidən dəyişib.

Femida.az -ın TASS-a istinadən verdiyi xəbərə görə, Ermənistan Prezidenti Armen Sarkisyanın sərəncamı ilə MTX direktoru vəzifəsini icra edən Mikael Ambartsumyan işdən çıxarılıb, Armen Abazyan yeni direktor təyin edilib.

M. Ambartsumyan bu il avqustun 11-də Ermənistan MTX-nin direktorunun müavini təyin olunub. Aqişti Kərəmyan oktyabrın 8-də MTX-nin direktoru vəzifəsindən azad olunandan sonra M. Abmartsumyan direktor vəzifəsini icra edirdi.

Açar sözlər:

Oxunub: 513