Düşmən Ağdamı atəşə tutur, 20-yə yaxın evə ziyan dəyib


18:46     08 Noyabr 2020 20_11_08_1604845944.jpg

Cəbhədə gərgin döyüşlər davam edir.

Noyabrın 8-i saat 16:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdamın rayon ərazisini atəşə tutur. Nəticədə 7 evə ziyan dəyib.

Düşmən rayon rayon ərazisinə gün ərzində ümumilikdə 130-dan çox top mərmisi atıb. Üç mülki ev tamamilə dağılıb, 20-yə yaxın evə isə ziyan dəyib.

Bundan başqa, Ağdam rayonu, Üçoğlan kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Əhmədli Məhəmməd Xanlar oğlu xəsarət alıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.(REPORT)

Açar sözlər:

Oxunub: 573