Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın komandaları Region Liqasında çıxış edəcəklər - RƏSMİ


19:52     08 Noyabr 2020 20_11_08_1604849933.jpg

İşğaldan azad olunmuş rayonların təmsilçiləri futbol üzrə Region Liqasında çıxış edəcəklər.

Femida.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

​​​​​​​

Bildirilib ki, Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən, AFFA-nın təşəbbüsü ilə yaradılacaq komandalar növbəti mövsümdən etibarən assosiasiyanın təşkilatçılığı ilə keçirilən Region Liqası turnirində mübarizə aparacaqlar.

Açar sözlər:

Oxunub: 506