Xırdalanda qanlı olay: Yeznə baldızını bıçaqladı


13:37     16 Dekabr 2015 bicaq_24867446645.jpg

Abşeron rayonunda qanlı hadisə baş verib.


Yeznə baldızını bıçaqlayıb. Hadisə Xırdalan şəhərində qeydə alınıb. Fikrət Əhmədov küçəsində yaşayan 55 yaşlı Aslan Hüseynov aralarında yaranan mübahisə zamanı baldızı Hicran Məhərrəmzadəni bıçaqlayıb. Yaralı təcili yardımla Respublika Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlər Hicran Məhərrəmzadədə 10 yaxın bıçaq xəsarəti aşkarlayıblar. Hadisə zamanı Aslan Hüseynov da xəsarət alıb. O, 1 saylı şəhər xəstəxanasına gətirilib. Bıçaq onun əlini kəsib. Aslan Hüseynov polislərə bildirib ki, baldızı onun evinə gələrək bıçaqla ona hücum edib. O da bıçağı baldızının əlindən alaraq ona vurub.

Faktla əlaqədar araşdırmalara başlanılıb. /apa/

Açar sözlər:

Oxunub: 880