Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub


09:07     09 Noyabr 2020 2018/06/Mudafie_Yeni1_1527838585.jpg

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Bu barədə Femida.az Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 517