Ərdoğan Putinə Qarabağ üzrə işçi qrupun yaradılmasını təklif etdi


11:55     09 Noyabr 2020 Erdogan_Putin_meeting_5-800x500_c.jpeg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qrabağ probleminin həlli ilə bağlı işçi qrupun yaradılmasını təklif edib.

Femida.az xəbər verir ki, bu barədə "CNN Türk" yazıb.

Məlumata görə, bu məsələ iki lider arasında noyabrın 7-də baş tutmuş telefon danışığında müzakirə olunub. Qeyd edilən format ATƏT-in Minsk Qrupundan kənar, alternativ platforma kimi fəaliyyət göstərəcək.

Putin təklifi alqışlayıb və artıq yaxın zamanlarda Qarabağ məsələsi ilə bağlı danışıqlar ikitərəfli formata keçə bilər. Yeni işçi qrup atəşkəsdən sonrakı müddətdə tədbirlər və siyasi tənzimlənmə prosesinin aparılması üzərində işləyəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 432