Daha 23 kənd işğaldan azad edildi


13:50     09 Noyabr 2020 20_11_09_1604915481.jpg


Ordumuz daha 23 kəndi işğaldan azad edib.

Femida.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev özünün rəsmi tvitter hesabında yazıb.

"Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!", - deyə Prezident qeyd edib.

Femida.az

Açar sözlər: #işğal   #azad   #Prezident   #Qarabağ   #Füzuli   #Zəngilan   #Cəbrayıl   #Xocalı   #Qubadlı   #Xocavənd  

Oxunub: 712