Azərbaycanlı xanım Birləşmiş Ərəb Əmirliklərinin Nazirliyində vəzifəyə təyin olundu


20:09     09 Noyabr 2020 2020/11/seh_1604938234.jpg

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Universitetinin “Beynəlxalq əlaqələr” kafedrasının müəllimi, şərqşünas alim, əslən Cəbrayıl rayonundan olan Şəhrizad Süleyman BƏƏ-də məsul vəzifədə çalışacaq.

Bu barədə Modern.az saytına Şəhrizad xanımın özü məlumat verib.

Belə ki, həmyerlimiz Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Lokallaşdırma Nazirliyinə təyinat alıb. O, sözügedən nazirlikdə şöbə müdiri vəzifəsində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Şəhrizad Süleymanın bacısı, Birləşmiş Ərəb Əmirlikləri Səhiyyə Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışan həmyerlimiz Saada Süleyman isə COVID-19 xəstələrinin müalicəsində göstərdiyi fədakarlığa görə bir müddət əvvəl Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən təşəkkür məktubu və fəxri mükafatla təltif olunub.

Açar sözlər:

Oxunub: 530