Ağdamda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb


12:48     10 Noyabr 2020 qeza.jpg

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat haddisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, rayonun Xındırıstan kəndi ərazisində kənd sakini N.İsmayılovun idarə etdiyi “QAZ-3129” və Bənövşələr qəsəbə sakini Nurəddin Bayramovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində N.Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan 3 sərnişin isə xəstəxanaya yerləşdirilib..

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 445