Vərəm Dispanserində qətl – Ölənlər var


16:27     25 May 2015 verem.jpg

Bakıda vərəm dispanserində xəstələr arasında dava olub, ölən və yaralanan var


Femida.az xəbər verir ki, hadisə Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm dispanserində qeydə alınıb. Orada müalicə olunan, Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov mübahisə zəminində otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradovu və 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovu bıçaqlayıb. V. Muradov aldığı xəsarətdən hadisə yerində ölüb, E. İsmayılov isə ağır xəsarət alıb. Hadisəni törədən Ə. İsmayılov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb. // APA

Açar sözlər:

Oxunub: 1067