İran Qarabağ razılaşmasını alqışlayır


16:42     10 Noyabr 2020 2020/11/vaezi-1605010686_1605012231.jpg

Tehran Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağa dair razılaşmasını alqışlayır.

Femida.az xəbər verir ki, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi “Twitter”də yazıb.

"İran, Rusiyanın Azərbaycan və Ermənistan arasındakı vasitəçilik rolunu və atəşkəsi alqışlayır. İki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməsi və bütün vətəndaşların hüquqlarını təmin etməsi zərurətini vurğulamağa davam edirik".

Onun fikrincə, münaqişə tərəfləri beynəlxalq normalara əməl etsələr, danışıqlar və siyasi yol bu böhrana son qoya bilər. Vaezi, razılaşmanın həyata keçiriləcəyinə ümid etdiyini də bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 492