Şəmkirdə qadına qarşı soyğunçuluq edildi


17:07     10 Noyabr 2020 2019/04/canta1_1555919726.jpg

Noyabrın 9-da Şəmkir şəhəri ərazisində bir nəfər Qaracəmirli kənd sakini S.Uğurlayevaya zor tətbiq edib qızıl boyunbağısını alıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, həmin şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının sayıqlığı və operativliyi nəticəsində saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalarla soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsin Seyfəli kənd sakini A.Əliyev olması müəyyən edilib. Araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 404