“Xankəndi sakinləri öz evlərinə dönəcəklər!” - Tural Gəncəliyev


19:49     10 Noyabr 2020 20_11_10_1605023413.jpg


"Əziz Xankəndi sakinləri, böyük fəxr və qürur hissi ilə bildirirəm ki, bütün Qarabağımızda, həmçinin Xankəndi şəhərimizdə Azərbaycan Respublikasının tam suverenliyi bərpa ediləcək!".

Femida.az xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev öz feysbuk hesabında yazıb.

"Xankəndi üç rəngli bayrağımızla gözəlləşəcək!

Xankəndi sakinləri öz evlərinə geri dönəcəklər!

Xankəndi Azərbaycanın ən gözəl, ən yüksək inkişaf etmiş şəhərlərindən biri olacaq!

"Yolumuz Xankəndinədir!" demişdim, artıq çatdıq!

Evlərinizə geri dönməyə hazırlaşın!",- deyə T. Gəncəliyev Xankəndi sakinlərinə müraciətində bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 513


Oxşar xəbərlər