Ermənistana 400-dən çox rusiyalı sülhməramlı gətirilib


09:52     11 Noyabr 2020 2020/11/1605055081566_DPKTjxDG_1605072095.jpeg

Rusiya Federasiyasına məxsus “İl-76” hərbi nəqliyyat təyyarələri artıq 400-dən çox rus sülhməramlısını Ermənistana çatdırıb, heyət təyyarəni boşaldıb və xidmət sahəsinə getmələri üçün konvoylar yaradıblar.

Femida.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.

“Hazırda Rusiya sülhməramlı qüvvələrinin komandanlığı zabitləri və 15-ci sülhməramlı briqada bölmələrinin hərbçiləri olan 20 “İl-76” hərbi nəqliyyat təyyarəsi Ermənistan Respublikasına enib. Hərbi nəqliyyat təyyarələri 400-dən çox hərbi qulluqçu, zirehli nəqliyyat vasitəsi, zirehli texnika və rabitə vasitələrini çatdırıb”, - məlumatda belə deyilir.






Açar sözlər:

Oxunub: 490