Braziliyada məhbuslar tunel qazaraq həbsxanadan qaçıb


10:13     11 Noyabr 2020 20_11_11_1605073230.jpg

Braziliyanın cənubunda, Parana ştatında yerləşən “Pato Branco” həbsxanasından 11 məhbus qaçıb.

Bu barədə Femida.az RİA “Novosti”yə istinadən xəbər verir.

Məhbuslar tunel qazaraq həbsxanadan qaçıblar. Onların tuneldən çıxması yaxınlıqdakı təhlükəsizlik kamerası vasitəsi ilə lentə alınıb.

Beş məhbusun yeri müəyyən edilərək saxlanılıb. Hazırda digər məhbusların axtarışları davam edir.

Açar sözlər:

Oxunub: 503