Qazaxıstan da Qarabağ razılaşmasını dəstəklədi


13:18     11 Noyabr 2020 Qazaxistan%20Respublikasi%2011%20Astana%20(1).jpg

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılması barədə bəyanatını yüksək qiymətləndiririk.

Femida.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda deyilir.

“Əldə edilən razılaşmalar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur və Dağlıq Qarabağ probleminin həlli üçün əsas ola bilər.

Rusiya Federasiyasının razılaşmanın əldə olunmasında konstruktiv rolunu və razılaşmaların praktiki həyata keçirilməsinə yönəlmiş sülhməramlı səylərini xüsusilə qeyd edirik.

Ümidvar olduğumuzu bildiririk ki, bu çətin dövrdə Azərbaycan və erməni xalqları bölgədə təhlükəsizliyi təmin edərək davamlı sülh və barışıq üçün möhkəm zəmin yaratmağa çalışacaqlar", - deyə bəyanatda vurğulanıb.

Açar sözlər:

Oxunub: 391