Ərdoğan: "Qazaxın işğal altında olan kəndləri noyabrın 20-dək Azərbaycana qaytarılacaq"


15:41     11 Noyabr 2020 erdogandan-lozan-antlasmasi-aciklamasi-630x315.jpg

“Razılaşmaya görə, Ermənistan Kəlbəcəri noyabrın 15-dək, Ağdam rayonu və Qazax rayonunun işğal altında olan kəndlərini noyabrın 20-dək, Laçını isə dekabrın 1-dək Azərbaycana qaytarmalıdır”.

Femida.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“İşğalın ardından evlərindən didərgin salınan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında yurdlarına geri dönəcəklər”, - o qeyd edib.

Açar sözlər:

Oxunub: 444