Prezident hərbçilərlə bağlı dövlət qurumlarına və özəl şirkətlərə müraciət edib
16:46 11 Noyabr 2020
"Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz".
Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib.
"Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaq. Biz bunu daim nəzərə alacağıq”, - dövlət başçısı qeyd edib.
Femida.az
Oxunub: 436
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib