Rusiyadan İrəvana sülhməramlılar gəlməkdə davam edir


21:03     11 Noyabr 2020 20_11_11_1605117247.jpg

Bu gün İrəvana Rusiyadan sülhməramlı hərbçiləri daşıyan daha 8 təyyarə gəlib.


Femida.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “İl-76” və “Antonov-12” tipli təyyarələrlə 120-dən artıq hərbçi ilə yanaşı, zirehli daşıyıcılar, yolsuzluqda hərəkət edə bilən yük avtomobilləri, maddi texniki təchizat ləvazimatı da gətirilib.

Bu yüklərin boşaldılmasına başlandığı da qeyd olunur.

“Sülhməramlı vəzifələri yerinə yetirmək, mümkün insidentlərin qarşısını almaq, Rusiya hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə birbaşa kanallarla mütəmadi əlaqələr təşkil olunub”, - açıqlamada qeyd olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 745