Səfərbərliyə cəlb olunan şəxslər əmək haqlarını necə alacaqlar? - RƏSMİ AÇIQLAMA


12:14     12 Noyabr 2020 20_11_12_1605170075.jpg


"Səfərbərlik Xidməti tərəfindən orduya cəlb olunan vətəndaşların əmək haqları saxlanılır".


Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, bu vətəndaşlar son iki ayda aldığı əmək haqqının orta aylığını alır: "Misal üçün əgər həmin şəxs 400 AZN məvacib alırdısa, bunun iki mislinin ortası 400 manat edəcək. Həmin məvacib vətəndaşlara aylıq olaraq iş yerlərindən ödənilməlidir.

Bu barədə qanunvericiliyin tələbləri var və bu maaş vətəndaşlara ödənilir".

Qeyd edək ki, 28 sentyabrda Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 483