Helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var


21:50     12 Noyabr 2020 20_11_12_1605203504.jpg

Misirin Sinay yarımadasında Beynəlxalq sülhməramlılara məxsus helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Femida.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə naziri vəzifəsini icra edən Kris Miller bildirib.

O, qeyd edib ki, ölənlərdən 6-ı ABŞ-ın hərbi qulluqçuları, habelə Fransa, Çexiya vətəndaşlarıdır.

"Biz Sinay yarımadasında helikopter qəzası nəticəsində Amerikanın 6 hərbi qulluqçusunun, həmçinin çoxmillətli qüvvələrin tərkibindən iki partnyor dövlətin itkilərindən kədərlənmişik", - Miller Pentaqonun "Twitter"dəki rəhbərində yazıb.

Daha əvvəl "Sky News Arabia" telekanalı bildirib ki, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hadisə Cənubi Sinayda baş verib.

Açar sözlər:

Oxunub: 463