Le Monde: “Ermənilər Füzulini xaraba qoyublar”


14:13     13 Noyabr 2020 2020/11/lemon-1605259862_1605262435.jpg

Fransanın "Le Monde" qəzeti erməni hərbi birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərində törətdikləri dağıntılar barədə məqalə dərc edib. Məqalədə Füzuli rayonunda təhqir edilmiş qəbrlərdən, donuz tövləsinə çevrilmiş Mərdinli məscidindən də bəhs edilib.

Məqalənin müəllifi Paul Tavignot yazır ki, Azərbaycan Ordusu azad etdiyi torpaqlara geri dönəndə vaxtilə 17 minlik əhalisi olan rayonun yerində xarabalıqla qarşılaşıb.

Ermənilərin Füzulini yerlə-yeksan etdiyini yazan müəllif doğma torpaqları uğrunda döyüşən azərbaycanlı zabitin gördükləri ilə bağlı təəsuratlarını da öyrənib. Səid Natik adlı zabit “Əgər ermənilərə bu torpaqlar lazım deyildisə, əgər viran qoyacaqdılarsa, nə üçün bizi yurdumuzdan didərgin saldılar”,- deyə bildirib

Sonda "Le Monde" qeyd edir ki, “Füzuli oktyabr ayının ortalarında şiddətli döyüşlərdən sonra Azərbaycanın nəzarətinə qayıtdı. Küçələrdə dolu sursat qutuları görmək mümkündür. Belə məlum oub ki, ermənilər əsasən 122 mmlik sovet dövründən qalma D-30 topundan istifadə ediblər”.

Femida.az

Açar sözlər:

Oxunub: 271