DMX ilə ölkəmizdəki işəgötürənlər arasında onlayn görüş keçirilib
14:24 13 Noyabr 2020
Dövlət Miqrasiya Xidməti (DMX) işəgötürənlərin məlumatlandırılması ilə bağlı videokonfrans formatında tədbir keçirib.
Femida.az-ın məlumatına görə, müəssisə rəhbərlərinin, yerli və xarici fərdi sahibkarların və onların nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev iştirakçılara Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli, 124 nömrəli qərarı ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”, kvota proqnozlarının verilməsinin zərurəti, proqnoz-məlumat formasının düzgün doldurulması və əməkçi miqrantlara olan tələblər barədə geniş məlumat verib.
Bildirib ki, əcnəbi işçi qüvvəsini işə cəlb etmək niyyətində olan işəgötürənlər növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə xarici işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat formasını tam dolduruaraq imza və möhürlə təsdiqlədikdən sonra Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidirlər. Baş idarə rəisi həmin anket formasının Xidmətin rəsmi internet saytında (www.migration.gov.az) yerləşdirildiyini diqqətə çatdırıb. Bildirib ki, məşğulluq təsnifatı üzrə peşələrin kodları haqqında məlumatları Dövlət Miqrasiya Xidmətinin internet səhifəsindən və ya www.azstat.org/təsnifat linkinə keçid edərək öyrənmək mümkündür.
İ.Abdullayev iş icazəsinin alınmasında (uzadılmasında) işəgötürənlərin qarşısına qoyulan öhdəlikləri diqqətə çatdırıb. Pandemiya dövründə DMX tərəfindən olunan güzəştlər haqqında məlumat verib.
Sonra yeni yaradılmış elektron müraciət formasının təqdimatı olub. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Femida.az
Oxunub: 620
Oxşar xəbərlər
- DMX: 245 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
- DMX rəisi Ticarət Palatasının nümayəndələri ilə görüşdü
- DMX əməkdaşının kitabı Türkiyədə işıq üzü gördü
- DMX-nin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edilib
- DMX-nin rəhbər heyəti maaşlarının yarısını "YAŞAT" fonduna köçürdü
- DMX rəisi Vladimir Gyorgiyevlə onlayn görüş keçirdi
- DMX əcnəbilərə müraciət edib
- DMX əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət etdi
- DMX rəisi yeni Fərmanla bağlı məlumat yaydı
- DMX əcnəbilərə müraciət etdi