Aİ-nin ali nümayəndəsi Azərbaycan və Ermənistan XİN başçıları ilə danışıqlar aparıb


15:16     13 Noyabr 2020 20_11_13_1605266199.jpg


Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell Cümə axşamı 12 noyabr tarixində Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan ilə telefon danışığı apardı.


Bu barədə Femida.az-a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Hər iki telefon danışığında ali nümayəndə, vitse-prezident döyüşlərin dayandırılmasının münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərin göstərilməsinə imkan verəcəyinə və insanların daha çox əziyyət çəkməsinə yol verməyəcəyinə ümid etdiyini bildirdi. O, münaqişənin təsirinə məruz qalmış mülki əhalinin ehtiyaclarını ödəmək üçün Aİ-nin əlavə humanitar yardım göstərməyə hazır olduğunu və artıq 1 milyon avroya yaxın fövqəladə yardımın ayrıldığını vurğuladı.

Ali nümayəndə, vitse-prezident müvafiq olaraq hər iki xarici işlər naziri ilə Rusiyanın vasitəçiliyi ilə 9 noyabrda Ermənistan və Azərbaycan tərəfindən razılaşdırılan atəşkəs razılaşmasını müzakirə etdi. Josep Borrell, hər şeydən əvvəl hər iki tərəfin atəşkəsə tam şəkildə hörmətlə yanaşıb onu həyata keçirməli olduğunu vurğuladı. Bu əsasda, münaqişənin danışıqlar yolu ilə, hərtərəfli və davamlı olaraq həll edilməsi üçün bu, ilk addım ola bilər. Ali nümayəndə, vitse-prezident hər iki Nazirə sülhün qurulması və barışığın vacibliyini, bu baxımdan da beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etməyin, mədəni irsin qorunmasının və yerli icmalar üçün onun dəyəri və əhəmiyyətinin vacibliyini vurğuladı.

Ali nümayəndə, vitse-prezident Borrell Aİ-nin ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərlik etdiyi formatı dəstəkləməyə davam edəcəyini vurğuladı. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi və Aİ nümayəndəlikləri daxil olmaqla, Avropa İttifaqının və şəxsən özünün bütün Cənubi Qafqaz bölgəsində davamlı sülhə və ölkələrin firavan inkişafına aparan bu səylərə və razılaşmaların həyata keçirilməsinə töhfə verməyə hazır olduğunu təkrarladı.

Ali nümayəndə, vitse-prezident, qarşıdan gələn Aİ-Ermənistan Tərəfdaşlıq Şurası və Aİ-Azərbaycan Əməkdaşlıq Şurası ərəfəsində hər iki Nazirlə əlaqə saxlayacağını səbirsizliklə gözlədiyini bildirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 455