Fəxrəddin Abbasov həbsxanada intihar edib


16:04     13 Noyabr 2020 20_11_13_1605269482.jpg


"Noyabrın 9-da Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Fəxrəddin Abbasov saxlanıldığı kamerada intihara cəhd edib, həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirilib. İlkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".


Bu barədə Femida.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Qeyd edilib ki, F.Abbasov həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks-hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılayıb, Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirmiş və özünə qəsd etməyə əl atıb.

"Qeyd ediliməlidir ki, F.Abbasov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək dövlətə xəyanət etdiyinə, ölkəmizin ərazi bütövlüyünə qarşı, milli ədavətin qızışdırılmasına yönəlmiş cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrum edilib.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır", xidmətdən bildirilib.

Femida.az

Açar sözlər: #FəxrəddibAbbassov   #penitensiar   #intihar  

Oxunub: 655


Oxşar xəbərlər