Azərbaycanda daha 22 nəfər koronavirusdan ölüb


16:15     13 Noyabr 2020 20_11_13_1605269780.jpg


Azərbaycanda (COVID-19) koronavirus infeksiyasına 1 364 yeni yoluxma faktı qeydə alınıb, 1 015 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 71 580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 53 001 nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib, aktiv xəstə sayı 17 652 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 744, ötən müddət ərzində isə ümumilikdə 1 489 382 test aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 380