Ermənilərin rəsmən elan etdiyi itkilərin sayı 1383-ə çatıb


17:07     13 Noyabr 2020 ermeni_herbci.jpg


Ermənistan tərəfi üçtərəfli razılaşmadan əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha 44 hərbçisinin adını açıqlayıb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu, 13 noyabr tarixində elan edilmiş ikinci siyahıdır.

Bu gün səhər saatlarında açıqlanmış birinci siyahıda məhv edilmiş 37 hərbçinin adı yer alıb. Bununla da işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1383-ə çatıb.

Real faktlar göstərir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Üstəlik, düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası aparılmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Qarabağ separatçılarının lideri Arayik Arutyunyan döyüşlər vaxtı hər gün azı 100 itki verdiklərini etiraf etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 543