Mill Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib


17:35     13 Noyabr 2020 1442822061_milli-meclis.jpg

Mill Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.


Femida.az xəbər verir ki, iclasda ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanun layihələri” daxil edilib.

Layihələrə əsasən Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılması məsələsi müzakirəyə çıxarılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 445