Ermənilər 50-dən çox məktəb binasına ziyan vurub


19:10     13 Noyabr 2020 hikmet%20haciyev7.jpg

Ermənistanın hərbi təxribatı nəticəsində 50-dən çox məktəb binasına ziyan dəyib. Onların bir qisminə əsaslı şəkildə ziyan dəyib.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının nəzdində Uşaq Hüquqları üzrə Komissiyanın fəaliyyətində hərbi əməliyyatlar zamanı uşaqlara qarşı cinayətin törədilməsində bir neçə ən ağır hallar müəyyən edilib ki, onların içində məktəblərin, uşaq bağçalarının hədəfə alınması və bombalanması ən ağır cinayətlər hesab edilir.

H.Hacıyev qeyd edib ki, aidiyyəti beynəlxalq təşkilatlar da cəlb edilməklə prosesin qiymətləndirilməsi həyata keçiriləcək.

Açar sözlər:

Oxunub: 422