Nazirlər Qarabağ bəyanatını müzakirə edib
19:25 13 Noyabr 2020
2020-ci ilin 13 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Femida.az- a verilən məlumata görə, nazirlər bölgədəki cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanat ətrafında fikir mübadiləsi aparıblar. BMT TŞ qətnamələri əsasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətraf rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə geri qayıtması, humanitar xatakterli mübadilələrin həyata keçirilməsi və bütün kommunikasiyaların açılması kimi məsələlər müzakirə edilib.
Nazir Vendy Morton bölgədə atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən üçtərəfli bəyanatın imzalanmasını alqışlayıb. O, razılaşmanın həyata keçirilməsinin vacibliyini vurğulayıb. Vendi Morton, həmçinin tərəflərin humanitar məsələlərə diqqət yeriməsinin mühüm olduğunu qeyd edib.
Femida.az
Oxunub: 411
Oxşar xəbərlər
- Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
- Nazirlər Kabineti III qrupa qəbulla bağlı dəyişiklikləri təsdiqləyib
- Nazirlər Kabinetində ərzaq təhlükəsizliyi, qiymət artımına həsr olunmuş müşavirə keçirilib
- Nazirlər Kabineti Qarabağda iqtisadi inkişafın sürətləndirilməsi barədə qərar verib
- Nazirlər "Şərq Tərəfdaşlığı" Sammitinə hazırlığı müzakirə edib
- Nazirlərin müzakirə etdikləri məsələlər açıqlandı
- Nazirlər Kabineti: "Bəzi məktəblərdə COVID-19 pasportu tələb olunmayacaq"
- Nazirlər meşə yanğılarını müzakirə edib
- Nazirlər Kabineti tikinti ilə bağlı yeni qanunun detallarını açıqladı
- Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik edilib