Fikrət Məmmədovla Türkiyənin ədliyyə naziri arasında telefon danışığı olub
20:15 13 Noyabr 2020
Bu gün Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gül və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov arasında telefon danışığı olub.
Ədliyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, danışıq zamanı A.Gül dost və qardaş Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən şanlı Qələbə münasibətilə təbrik edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin haqq davasında zəfər çalması ilə bağlı sevincini bölüşüb.
Türkiyəli nazir xalqlarımızın və dövlətlərimizin hər zaman bir-birinin yanında olduğunu qeyd edərək bundan sonra da dəstəyini əsirgəməyəciyini vurğulayıb.
F.Məmmədov təbrikə görə təşəkkürünü bildirib, müharibənin ilk günündən qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının Azərbaycanın yanında olduğunu qeyd edib, bu ərəfədə yüksək səviyyəli şəxslərin ölkəmizə dəstəkverici səfərlərini xüsusilə vurğulayıb.
F.Məmmədov həmkarının səmimi dəstəyinə, o cümlədən tvitter hesabı ilə ürək sözlərinə görə minnətdarlığını ifadə edib, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyətinin önəmli addım olduğunu bildirib. Söhbət zamanı nazir həmçinin oktyabrın 30-da Türkiyənin İzmir vilayətində baş vermiş və çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələ ilə bağlı bir daha kədərini ifadə edib, həlak olanlarla bağlı başsağlığı verib.
Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu əbədidir və hərtərəfli əməkdaşlığımız bundan sonra da uğurla davam etdiriləcəkdir.
Femida.az
Oxunub: 441
Oxşar xəbərlər
- Fikrət Məmmədov beynəlxalq antikorrupsiya təşkilatının vitse-prezidenti seçilib
- Fikrət Məmmədov türkiyəli həmkarı ilə görüşüb
- Fikrət Məmmədov Türkiyə Baş prokurorunu qəbul etdi
- Fikrət Məmmədov yaponiyalı həmkarı ilə görüşdü
- Fikrət Məmmədov Ermənistanın müharibə cinayətlərini ifşa etdi
- Fikrət Əmirovun bəstəsi xaricdə oğurlandı
- Fikrət Məmmədov Naftalanda vətəndaşları qəbul edəcək
- Fikrət Məmmədov vətəndaşlarla görüşüb
- Fikrət Məmmədov ABŞ səfiri ilə görüşüb
- Fikrət Məmmədov müşavirə keçirib