İsrail Əl-Qaidənin liderlərindən birini İranda öldürüb
10:15 14 Noyabr 2020
Amerikanın Keniya və Tanzaniyadakı səfirliklərinə terror hücumları təşkil etməkdə şübhəli bilinən “Əl-Qaidə” terrorçu təşkilatının liderlərindən biri Abdullah Əhməd Abdullah üç ay əvvəl İranda zərərsizləşdirilib.
Femida.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ-ın kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat verib. Belə ki, 7 avqustda İsrail kəşfiyyatçıları Tehran şəhərində Abdullahı səsboğucu tapança ilə qətlə yetirib.
Eyni zamanda silahlı hücum zamanı Abdullahın qızı, “Əl-Qaidə” terrorçu təşkilatının qurucusu Üsamə bin Ladenin dul arvadı Miriam da öldürülüb.
Nəşrin mənbələrinə görə, Abdullah 2003-cü ildən bəri İranda və 2015-ci ildən isə bu ölkənin paytaxtında yaşayırdı. Yerli media onu Livandan gələn tarix professoru Həbib Daud kimi tanıtsa da, Federal Təhqiqatlar Bürosu onu axtarışda olan ən təhlükəli terrorçular siyahısına salıb.
Qeyd edək ki, ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərindəki terror hücumları 1998-ci ildə baş verib. Nəticədə 12 Amerika vətəndaşı da daxil olmaqla 224 nəfər ölüb.
Oxunub: 434
Oxşar xəbərlər
- İsrail Dəməşqdən cənubda yerləşən hədəflərə raket zərbəsi endirib
- İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
- İsrail bu ölkəni vurdu
- İsrail raket atəşinə məruz qalıb
- İsrail ordusu İordan çayının Qərb sahilində anti-terror əməliyyatı keçirir
- İsraildə terror aktını həyata keçirən şəxsin kimliyi məlum olub
- İsrail Baş naziri: “Qətiyyətli şəkildə Ukraynanın yanındayıq”
- İsrailin Baş naziri öz vətəndaşlarını Ukraynadan qayıtmağa çağırıb
- İsrail və Türkiyə prezidentləri arasında telefon danışığı olub
- İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib