Rusiya və Türkiyə Qarabağ üzrə Birgə Monitorinq Mərkəzi ilə bağlı danışıqları bu gün davam etdirəcək


12:01     14 Noyabr 2020 20_11_14_1605340961.jpg

Rusiya və Türkiyə nümayəndələri noyabrın 14-də Ankarada Dağlıq Qarabağda Birgə Monitorinq Mərkəzinin yaradılması ilə bağlı danışıqları davam etdirəcək.

Femida.az -ın məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Rusiyanın nümayəndə heyəti ilə Dağlıq Qarabağda Birgə Monitorinq Mərkəzi ilə bağlı danışıqlar bu gün də davam etdiriləcək", - "Anadolu" agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyindən sitat gətirir.

Xatırladaq ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılmasına dair memorandum çərşənbə günü, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında onlayn formatda keçirilən görüşdən sonra imzalanıb.

Açar sözlər:

Oxunub: 371