Bakı Şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarıldı


13:19     14 Noyabr 2020 2020/11/479F26A6-E9BC-4FBC-86CF-93751A9E3D7D_1605346505.jpeg


Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub.


Femida.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

V.Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.

Qeyd edək ki, M.Seyidova 2009-cu ildə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

O, 2014-cü ilin noyabr ayında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 303