Məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra 3 il müddətinə müavinət alacaqlar
13:35 14 Noyabr 2020
“Azərbaycanda məcburi köçkün və qaçqınlarla bağlı iki qanun mövcuddur. Onlardan biri “Məcburi köçkün və qaçqınların statusu haqqında” digəri isə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” qanunlardır”.
Femida.az-ın xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
Onun sözlərinə görə, həmin qanunlara uyğun olaraq məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan sonra statuslarını itirirlər: “Müavinətlərin verilməsi məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, hətta öz doğma torpaqlarına qayıtdıqdan sonra 3 il müddətində keçmiş məcburi köçkün soydaşlarımıza sosial yardımın verilməsi və sosial müdafiə tədbirlərinin görülməsi davam etdiriləcək”.
Oxunub: 429
Oxşar xəbərlər
- Məcburi köçkünlər ev məsələsinə görə məhkəməyə verilir
- Məcburi köçkünlərin binasında yanğın, 20 nəfər təxliyə edilib
- Məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq istəyir
- Məcburi köçkünlər arasında qayıdışla bağlı sorğu başladı
- Məcburi köçkünlərin qayıdışı müzakirə olundu
- Məcburi köçkünlər arasında sorğunun keçirilməsinə başlanıb
- Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu daha bir tenderə yekun vurub
- Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 7 mln manatlıq tenderə yekun vurub
- Məcburi köçkünlər üçün evlərin tikintisi davam etdiriləcək
- Məcburi köçkünlərin müraciətləri dinlənilib