Şahnazaryan 5 minə yaxın hərbçinin öldüyünü təsdiqlədi


15:19     14 Noyabr 2020 2020/11/17207AC8-96CD-46F6-87CD-54EAD0CAD90E_1605353608.jpeg

Dağlıq Qarabağdakı 44 günlük müharibədə Ermənistanın verdiyi itkilər hökumət tərəfindən gizlədilsə də, artıq bəzi mənbələr real rəqəmləri açıqlamaqdadır.

Femida.az xəbər verir ki, itki sayının 4750 nəfər olduğu deyilir. Belə ki, 5 gün əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi baş nazir Nikol Paşinyana 4750 canlı qüvvə itkisinin olması barədə məruzə edib.

Bu fakt Ermənistan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Qrant Məlik-Şahnazaryan tərəfindən təsdiqlənib. O, sosial şəbəkədə erməni tərəfinin indiyədək məlum olan itkilərinin sayının 4750 nəfər olduğunu açıqlayıb.

Xatırladaq ki, bu da yekun rəqəm sayılmır. Ermənistanın itkilərinin daha çox olduğuna dair məlumatlar var. Bundan əlavə, İrəvan Qarabağa döyüşmək üçün gətirdiyi muzdluların və terrorçuların ölümünü hələ də gizli saxlayır. Onlar rəsmi statistikada qeydə alınmır

Bundan əvvəl isə Ermənistan tərəfi rəsmi olaraq 1383 hərbçinin öldüyünü elan etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 395


Oxşar xəbərlər