Sumqayıtda narkotacirdən silah-sursat götürüldü


15:50     14 Noyabr 2020 polis.jpg

Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsə qarşı əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 600 qrama yaxın marixuana, yaşadığı H.Z.Tağıyev qəsəbəsindəki evə baxış zamanı isə oradan 1 kiloqrama yaxın marixuana, 45,730 qram həşiş, 1 ədəd elektron tərəzi, 1 ədəd müvafiq sənədləri olmayan, nömrəsi və markası bilinməyən ov tüfəngi, 35 ədəd patron və 1 ədəd süngü bıçaq aşkarlanaraq götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 370