Rusiya sülhəramlılarının komandiri: "Vəziyyət sabitləşir"


17:27     14 Noyabr 2020 2020/11/3ACEE18B-7071-46A4-ABC4-8977DE25CF9F_1605360525.jpeg

"Qarabağ münaqişəsi bölgəsində əldə edilən atəşkəs razılaşmasına əməl olunur, toqquşma yoxdur".

Femida.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandiri genetral-leytenant Rüstəm Muradov video müraciətində bildirib.

O deyib: “Üç dövlətin rəhbəri tərəfindən imzalanaraq noyabrın 10-da saat 00:00-dan qüvvəyə minmiş razılaşmalar bu gün tam şəkildə yerinə yetirilir. Əsas odur ki, təmas xətti ərazisində hər növ döyüş əməliyyatları dayandırılıb, atəş səsləri gəlmir, vəziyyət yavaş-yavaş sabitləşir”.

Femida.az

Açar sözlər:

Oxunub: 390