Təhsil Nazirliyindən payız tətili ilə bağlı AÇIQLAMA


18:12     14 Noyabr 2020 tehsil_nazirliyi_044.jpg


Təhsil Nazirliyi şagirdlərin 2020-2021-ci tədris ili üzrə planlaşdırılan payız tətili ilə bağlı açıqlama verib.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, noyabrın 16-dan orta məktəblərdə şagirdlərin beş gün payız tətili olmalı idi. Lakin oktyabrın ortalarında pandemiya ilə əlaqədar şagirdlərə noyabrın 2-dək iki həftəlik tətil verildiyindən noyabrın 16-dan payız tətili olmayacaq.

Noyabrın 16-dan şagirdlər distant formada təhsillərini davam etdirəcəklər.

Nazirlik tərəfindən iki həftəlik tətil verilən zaman onun kompensasiya ediləcəyi açıqlanmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 234