Bakıda 554 küçə dezinfeksiya edildi


19:47     14 Noyabr 2020 20_11_14_1605368903.jpg

Son günlər koronavirusa (COVID-19) yoluxanlarının sayında artımın olması nəzərə alınaraq noyabrın 14-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 000 nəfərdən çox işçilərin köməyi ilə artıq 16-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.


Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 556