İzmir zəlzələsində ölənlərin sayı 116-a çatıb


21:41     14 Noyabr 2020 2020/11/izmir-1605370205_1605375740.jpg

Türkiyənin İzmir vilayətində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 116-a çatıb.

Azvision.az xəbər verir ki, yeraltı təkanlar zamanı xəsarət alan vətəndaşlardan biri bu gün dünyasını dəyişib.

Hadisə zamanı ümumilikdə 1034 nəfər xəsarət alıb. Onlardan 8-nin müalicəsi davam etdirilir.

Xatırladaq ki, oktyabrın 30-da Türkiyənin İzmir vilayətində 6,6 bal gücündə zəlzələ baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 479