İrəvana daha 2 təyyarə sülhməramlı gətirildi


09:43     15 Noyabr 2020 2020/11/25309-1605418039_1605419063.jpg


Rusiyadan sülhməramlıların olduğu daha iki təyyarə Ermənistanın paytaxtı İrəvana yola salınıb.

Femida.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyyarə ilə 10 ədəd “BTR-82A” zirehli texnika, maddi-texniki təminat avadanlıqları və sülhməramlı bölmələrin 30 hərbi qulluqçusu çatdırılıb.

Qeyd olunub ki, yüklərin boşaldılması, texnikaların yoxlanılması və hazırlanmasından sonra Qoris şəhərindəki cəmləşmə ərazisinə üç yüz kilometrlik yürüş həyata keçiriləcək.

Bundan əvvəl Qarabağa 20 təyyarə və 170 sülhməramlının göndərilməsi barədə xəbər verilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 517