Fond sədrindən pensiyaçılara şad xəbər
18:17 16 Dekabr 2015
Dövlət Sosial Müdafiə Fondu dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.
Femida.az xəbər verir ki, bunu jurnalistlərə Fondun sədri Elman Mehdiyev Qəbələdə keçirilən qəbul zamanı bildirib.
E.Mehdiyev qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu 2015-ci ilin dekabr ayı üzrə əmək pensiyalarının müəyyən edilmiş qrafikdən əvvəl maliyyələşdirilməsini təmin edib:
“Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dekabr ayının 7-si, respublikanın digər rayon və şəhərləri üzrə isə dekabr ayının 15-i tarixində tam yekunlaşıb”.
Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər bütün pensiyaçılar qabaqcadan öz pensiyalarını ala biləcəklər.
Ümumilikdə, başa vurmaqda olduğumuz il ərzində əmək pensiyalarının maliyyələşdirilməsinin hər ay vaxtından əvvəl həyata keçirilməsi təmin olunub.
Oxunub: 799
Oxşar xəbərlər
- Fondun Himayəçilik Şurasının sədri dəyişib
- Fond 1 ayda 371 milyon dollar satdı
- Fond əmanətçilərə 56 milyon ödədi
- Fond əmanətçilərə 34 milyon pul ödədi
- Fonda müraciət edənlərin sayı 300 mini ötdü
- Fondun işində nöqsanlar aşkarlandı
- Fonddan 8 milyonluq müsabiqə
- Fond əməkdaşlarını döyən AXCP üzvü həbs edildi
- Fond Moskvada nələri müzakirə edib?
- Fond jurnalistin müalicəsini üzərinə götürdü