Koronavirusa yoluxanların sayı 54 milyonu keçdi


10:00     15 Noyabr 2020 2020/03/turkiye-koronavirus_1585661288.jpg


Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 54 milyon 328 min 752 nəfərə çatıb.

Femida.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 318 min 283 nəfərdir.

İndiyədək 37 milyon 871 min 87 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Hazırda 98 min 155 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 189