Ağcabədidə intihara cəhdin qarşısı alınıb


10:36     15 Noyabr 2020 20_11_15_1605422226.jpg

Ağcabədidə intihara cəhdin qarşısı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən alınıb.


Femida.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o özünə qəsd etmək fikrindən daşınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 429