Ermənistanda daha 25 nəfər virusdan öldü


11:52     15 Noyabr 2020 2020/11/F2A2DCE4-733A-462A-ABC9-BFE2F215EC8B_1605426767.png

Ermənistanda son sutka ərzində daha 1482 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 117 337 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 25 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 1763-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 450 nəfərdir. İndiyə qədər 74 984 nəfər sağalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 355