Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib


12:22     15 Noyabr 2020 20_11_15_1605429396.jpg

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, noyabrın 15-də Hərbi Dəniz Qüvvələrində gənc matrosların andiçmə mərasimi keçirilib.

Femida.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Gənc matroslar təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Femida.az

Açar sözlər:

Oxunub: 397