Ermənistanı Rusiya ilə birləşdirən yol bağlandı


12:39     15 Noyabr 2020 2020/11/8EAA1751-B1B9-4B42-9F65-86F0C8BCDBEF_1605429803.png

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu olan Stepantsminda - Lars magistralı bağlanıb.

Femida.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, əcnəbilərin Gürcüstana giriş qadağası qüvvədə qalır. Qadağa yalnız yük daşınmasına şamil edilmir”, - deyə məlumatda qeyd olunub.

Stepantsminda - Lars magistralının fövqəladə vəziyyətlə əlaqədar bağlandığı deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 403