Kəlbəcərdə qeyri qanuni olaraq yerləşdirilən insanlar oradan çıxarılmalıdır


14:55     15 Noyabr 2020 hikmet%20h.jpg

“Kəlbəcərdə qeyri qanuni olaraq yerləşdirilən insanlar oradan çıxarılmalıdır”.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, ərazini tərk edən ermənilər tərəfindən mülki obyektlər yandırılır: “Bu proses çərçivəsində onlar ətraf mühitə və obyektlərə zərər vuraraq oradan çıxırlar. Bu, ekoloji terror əməllərinin də qarşısı alınmalıdır. Maddi mədəniyyə abidələrinə də zərərlər vurulur. Ağdam rayonunda da qanunsuz arxeloji qazıntılar aparırlar. Qazıntılar nəticəsində əldə olunmuş əşyaların Ermənistana aparılması ilə bağlı da faktlar vardır. Bu, beynəlxalq konvensiyaların pozulmasıdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 384